Türk Hava Yolları (THY) 2025-ci ilə dair birləşdirilmiş maliyyə göstəricilərini açıqlayıb.
Turizmplus.az xəbər verir ki, açıqlanan məlumatlara əsasən, şirkətin satış gəlirləri əvvəlki illə müqayisədə 28,2 faiz artaraq 955 milyard 472 milyon türk lirəsinə çatıb.
Hesabata görə, ümumi mənfəət 8,9 faiz artaraq 155 milyard 560 milyon lirə olub. İnvestisiya fəaliyyətlərindən əvvəlki əməliyyat mənfəəti isə 12,1 faiz artımla 90 milyard 129 milyon lirə təşkil edib.
Şirkətin vergidən əvvəlki mənfəəti 13,3 faiz artaraq 137 milyard 578 milyon lirəyə yüksəlib. Xalis dövr mənfəəti isə 4,2 faiz artaraq 118 milyard 117 milyon lirə səviyyəsində qeydə alınıb.
Hesabata əsasən, bir səhm üzrə qazanc da 4,2 faiz artaraq 85,60 türk lirəsinə yüksəlib.

